“2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə tədbir
2 fevral, 2017 | Sabunçu rayonu, Azərbaycan Respublikası

Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva və rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək gəncləri bayram münasibətilə təbrik etmişlər, həmçinin ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və gənclərin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını vurğulamışdırlar.

Sonda rayonun bir sıra fəal gəncləri Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdırlar. Tədbirin sonunda musiqili əyləncəli proqram təşkil olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.