“Bir olaq, həmrəy olaq” adlı bayram tədbiri
27 dekabr 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

27 dekabr 2019-cu il tarixdə “Şirvan Gənclər Evi” SXM-də 31 Dekabr- “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni ilin gəlişi ilə əlaqədar “Bir olaq, həmrəy olaq” adlı bayram tədbiri keçirildi. Tədbirdə Gənclər evinin əməkdaşları, könüllülər, dərnək və klubların üzvləri, tələbə gənclər, şəhərin fəal gəncləri, ümumilikdə 100 nəfərdən çox gənc iştirak etdi. Yeni il münasibətilə təşkil olunmuş “Oyuncağı tapaq” adlı əyləncəli-intellektual yarışmanın qaliblərinə hədiyyələr təqdim olundu. Könüllülərin ifasında musiqi, xor, rəqs nömrələri və səhnəciklər ifa olundu. Tədbir gənclərin böyük marağına səbəb oldu.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.