“Şahmat bir oyun deyil, həyat fəlsəfəsidir!” adlı fərdi layihə çərçivəsində şahmat üzrə yarışın final mərhələsi
28 yanvar, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir şəhər Gənclər Evinin dəstəyi və ev sahibliyi, şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Regional Debat Mərkəzinin tərəfdaşlığı ilə Mingəçevir şəhərində “Şahmat bir oyun deyil, həyat fəlsəfəsidir!” adlı fərdi layihə çərçivəsində şahmat üzrə yarışın final mərhələsi keçirilmişdir.

Layihənin keçirilməsində məqsəd - gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə, o cümlədən intellektual idman növü olan şahmata cəlb edilməsi, onların asudə vaxtının səmərəli təşkil olunmasıdır.

Yarışda Mingəçevir Tibb və Turizm Kollecləri, Mingəçevir şəhər Peşə və Şahmat məktəblərinin və şəhər “İstək” liseyinin tələbə və şagirdləri iştirak etmişdirlər. Yarış “İsveç sistemi” formatında baş tutmuşdur. İştirakçılar arasından 3 nəfər gənc qalib gələrək yarışın final oyununa vəsiqə əldə etmişdirlər.

28 yanvar 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində keçirilən tədbirdə iştirak edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, "İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin sədri Tural Kərimov və digər qonaqlar çıxış edərək şahmatın hər bir şəxsin intellektual səviyyəsinin inkişafında böyük rolundan danışmışdırlar. Şahmat üzrə yarışın final oyununda 1, 2 və 3-cü yerlərə layiq görülmüş gənclər kubok və sertifikatlarla mükafatlandırılmış, həmçinin yarışın digər iştirakçıları sertifikatlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.