Səyyar "ASAN xidmət" mərkəzi nümayəndələrinin könüllülərlə görüşü
28 yanvar, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

28 yanvar 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evinin təşkilatçılığı ilə səyyar "ASAN xidmət" mərkəzi nümayəndələrinin könüllülərlə görüşü keçirilmişdir. Görüşdə ilk növbədə könüllülərə “ASAN xidmət” mərkəzləri haqqında ümumi məlumat verilmişdir. Həmçinin mərkəzin nümayəndələri tərəfindən qeyd edilmişdir ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır.

Mərkəzlərin yaradılmasında məqsəd - vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasından ibarətdir.

Daha sonra səyyar “ASAN xidmət” mərkəzinin nümayəndələri könüllülərin bütün suallarını cavablandırmışdırlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.