“Şahmat” idman növü üzrə təsnifat turniri
27 yanvar, 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyəti başçısının “2 fevral - Azərbaycan Gəncləri günü”nün qeyd edilməsi ilə bağlı müvafiq Sərəncamının icrasına uyğun olaraq, rayon Gənclər və İdman İdarəsi və Bakı şəhəri 3 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə 27 yanvar 2017-ci il tarixdə Gənclər Evində uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” idman növü üzrə təsnifat turnirinə start verilmişdir.

Turnirin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və 3 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru Natiq Məmmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışdırlar. İntellektual idman növü olan şahmata Binəqədi rayonunda böyük maraq olduğunu qeyd edən Q.Bayramov uşaq, yeniyetmə və gənclər arasında mütəmadi olaraq şahmat yarışlarının, kursların təşkil olunduğunu, rayon şahmatçılarının yerli və beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazandığını nəzərə çatdırmışdır.

Turnirdə II, III və IV dərəcələr üzrə ümumilikdə 179 nəfər şahmatçı iştirak etmişdir. 01 fevral 2017-ci il tarixdə turnirin bağlanış mərasimi baş tutmuş, qaliblər diplom və medallarla təltif edilmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.