“Narkomaniya ilə mübarizədə gənclərin rolu” mövzusunda tədbir
31 yanvar, 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının birgə təşkilatçılığı ilə 31 yanvar 2017-ci il tarixdə Binəqədi rayon Gənclər Evində “Narkomaniya ilə mübarizədə gənclərin rolu” mövzusunda mühazirə-diskussiya formatında tədbir keçirilmişdir.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun aparıcı məsləhətçisi Səbuhi Bayramov, ekspert - DİN Polis Akademiyasının “Daxili İşlər orqanlarında inzibati fəaliyyət” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı, Bilik Fondunun Koordinasiya Şurasının üzvü Rafiq Nəcəfquliyev, rayonda yerləşən texniki peşə məktəblərinin tələbələri iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Q.Bayramov ölkəmizdə uğurla icra olunan dövlət gənclər siyasətinin istiqamətləri barədə fikirlərini gənclərlə bölüşmüş, tədbirin gedişatında mövzu ilə bağlı onları maraqlandıran məsələlər ətrafında fəal olmağa dəvət etmişdir.

Daha sonra çıxış edən qonaqlar və ekspert narkomaniyanın törətdiyi bəlalardan danışmış, gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölümə” qarşı həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyinə diqqət çəkmişlər və gəncləri maraqlandıran sualları cavablandırmışdırlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.