“Gənclər arasında qan donorluğu könüllülüyünün təbliği" adlı layihə çərçivəsində təlimlər
24-25 yanvar, 2017 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Gənclərin Töhfəsi" İctimai Birliyinin tərəfdaşlığı ilə 24-25 yanvar 2017-ci il tarixlərdə Suraxanı rayon Gənclər Evində “Gənclər arasında qan donorluğu könüllülüyünün təbliği" adlı layihə çərçivəsində təlimlər keçirilmişdir.

Tədbiri layihə rəhbəri Pərvin Həmidov giriş sözü ilə açaraq bildirmişdir: “Qan donoru canlı həyat mənbəyidir. Hər kəs donor ola bilmir və yalnız sağlam olan şəxs qan donoru ola bilər. Biz ilk öncə çalışmalıyıq ki, qan donorunun sağlam qalması üçün lazım olan şəraiti təmin edək. Azərbaycanda hər 12 nəfərdən biri irsi qan xəstəliklərindən əziyyət çəkir və bu da əhalinin hər 12 nəfərdən birinin qüsurlu genin daşıyıcısı olduğu deməkdir. Hazırda Azərbaycanda 2 min nəfərdən artıq bu xəstəlikdən əziyyət çəkən uşaq var. Qeyd etməliyik ki, 16 min nəfər insan ildə 4 dəfə qan versə, ölkəmizdə bu xəstəliyi daşıyan uşaqların normal yaşamasını təmin etmək olar. Bununla da, respublikamızda böyük bir problemin qarşısını öz gücümüzlə ala bilərik. Bu baxımdan bu tipli layihələrin icra olunması böyük əhəmiyyətə malikdir.”

Daha sonra peşəkar təlimçi iştirakçı gənclərə donorluq, qan verə biləcək şəxslər, qan qrupları və hüceyrələri və s. mövzularda məlumatlar vermişdir. Təlim gənclərin müzakirəsi ilə davam etmişdir. Sonda gənclərə maarifləndirici bukletlər, kitablar və sertifikatlar paylanılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.