"Uğurlu karyera işgüzar yazışmadan başlayır" adlı layihə
15 oktyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Layihənin keçirilməsində məqsəd, ali və orta ixtisas müəssisələrini bitirmiş və ya son kurslarda təhsil alan gənclərin işgüzar yazışma bacarıqlarını inkişaf etdirmək, onları işgüzar yazışmaların müxtəlif formaları haqqında məlumatlandırmaq, eyni zamanda, həm doğma dilimizdə, həm də beynəlxalq ünsiyyət vasitəsi olan ingilis dilində işgüzar yazışmaların düzgün yazılış və əməli yazı nümunələrinin tərtib olunması qaydalarını gənclərin nəzərinə çatdırmaq olmuşdur.

Layihədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi N.Səfəralı, Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi X.Qurbanova, şəhərin ali və orta ixtisas təhsili müəssisələrindən 45 nəfər yeniyetmə və gənc iştirak etmişdir.

Sonda gənclərə serifikatlar təqdim olunmuşdur.

Layihə çərçivəsində Gəncə ilə yanaşı Bakı və Sumqayıt şəhərlərində də gənclərə işgüzar yazışma formalarının müxtəlif formaları haqqında təlimlər nəzərdə tutulmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.