18 Oktyabr-“Dövlət Müstəqilliyi günü”nün 25-ci ildönümü münasibətilə “Xəmsə” Milli İntellektual Oyunu
10-11,17 oktyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə 18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nün 25-ci ildönümü münasibətilə Binəqədi rayon Gənclər Evində rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

10 oktyabr 2016-cı il tarixdə keçirilən yarışın birinci mərhələsində Binəqədi və Binəqədi qəsəbə bələdiyyəsi ərazisində olan məktəblər, 11 oktyabr 2016-cı il tarixdə keçirilən ikinci mərhələsində isə Biləcəri, M.Ə.Rəsulzadə və Xocasən bələdiyyələrinin ərazisində olan məktəblər mübarizə aparıblar.

“Xəmsə” Milli İntellektual Oyununun 17 oktyabr 2016-cı il tarixdə keçirilən yarımfinal və final mərhələsində 83, 246, 299 nömrəli məktəb-liseylər, 143, 205, 283, 313, 314 nömrəli tam orta məktəblərin komandaları mübarizə aparıblar. Yarışın nəticəsinə görə 246 nömrəli məktəb-liseyin “Uğur” komandası I, 283 nömrəli tam orta məktəbin “Kainat” komandası II, 83 nömrəli məktəb-liseyin “Odlar yurdu” komandası III yeri tutub.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.