Suraxanı Gənclər Evi - Gənclərin Təlim və İstirahət mərkəzinin strukturu

9 may 2014-cü il tarixdə Suraxanı rayonunda yeni “Gənclər evi” nin açılış mərasimi keçirildi.

Gün.Az Gənclər və İdman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Azad Rəhimov, rayon icra başçısı Ilqar Abbasov və digər rəsmilərin də açılışında iştirak etdikləri “Gənclər evi” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir.

Müasir avadanlıqlarla təchiz olunmuş və müxtəlif tədbirlərin keçirilməsi üçün 80 nəfərlik zal, konfrans zalı, texniki ixtiraçılıq otağı, elektron kitabxana, vətənpərvərlik klubu, gənclər üçün “qaynar xətt” xidməti otaq, peşə təhsili otağı, Art studiya (rəssamlıq), conversation klubu, müdir və işçi otaqları, server otağı və sanitar qovşaqlar. Bina lazımi inventar və avadanlıqlarla təchiz edilmişdir.


XİDMƏTLƏRİMİZ






Art studiya (art — incəsənət, studio — studiya) - daha geniş mənada incəsənət, yaradıcılıq studiyası və ya seksiyası; incəsənət nümunələrinin yaradılması və nümayiş etdirilməsi üçün məkan mənasını daşıyır.




İŞ QRAFİKİ


"Art studiya" həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 12:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Şənbə və bazar günləri studiya fəaliyyət göstərmir.



BİZİM KOMANDA


Direktor: Əzimov Əziz
Mob: 055 9854523
email: dfv@yahoo.com
Baş mühasib: Rzayeva Nigar
Mob: 055 2854525
email: rti2015yahoo.com
Dərnək rəhbəri
Mob: 070 7852319
email: rett4532@yahoo.com
Psixoloq: Həsənova Aynur
Mob: 050 1858563
email: kimsen1234@yahoo.com




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.