Sumqayıt Gənclər Evi - Gənclərin Təlim və İstirahət mərkəzinin strukturu

Sumqayıt şəhər “Gənclər Evi” binasının inşası üçün şəhərin 5-ci mikrorayon ərazisində 246 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Üç mərtəbə və terrasdan ibarət binada caz klub, səhnəsi olan böyük kafe-bar, art-studiya, internet klub, xarici dillər üzrə danışıq klubu, biznes və hüquqi məsləhət mərkəzləri, vətənpərvərlik klubu, gənclər üçün “Qaynar xətt” xidməti, peşəyönümü mərkəzi, masaüstü oyunlar otağı, bütün müasir və zəruri avadanlıqla təchiz edilmiş videostudiya, istedadların hazırlığı laboratoriyası, “dəyirmi masa” zalı, 133 yerlik akt zalı vardır. Tədbirlər zamanı regionlardan gələn gənclərin qalmaları üçün bir və iki nəfərlik 10 otaq yaradılıb. Binanın sonuncu mərtəbəsində açıq havada 50 nəfərlik restoran gənclərin ixtiyarına veriləcək. Binanın inzibati bölməsindəki otaqların hamısı zəruri avadanlıqla təmin olunub.

Hazırda Gənclər Evində rəsm, şahmat, rəqs və gitara dərnəkləri var. Həmçinin fəaliyyətin stimullaşdırılması və daha çox sayda gənci əhatə etmək üçün Qwerty, Ağ Ev, AF Kids, Simurq, Due West International Tədris Mərkəzləri binada fəaliyyət göstərir. Mərkəzlərdə yeniyetmə və gənclər üçün Azərbaycan, ingilis, rus, fransız dilləri, kompyuter, dizayner proqramları, məktəbəqədər və fənnlər üzrə hazrılıq tədris olunur. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə olunması, ictimai fəaliyyətə həvəsləndirilməsi məqsədilə Eko Klub, Danışıq Klubu, Kitab Klubu və Gənclər Klubu yaradılmışdır. Gənclər Evi istifadəyə verilən andan artıq IV könüllülk müsabiqəsi elan edilmişdir ki, buda 70-ə yaxın gənci əhatə etmişdir. 3 ay müddətinə dava edən fəaliyyətlərin sonunda fəal gənclərə Baş İdarənin sertifikatları təqdim edilmişdir.

Gənclərin müasir peşə fəaliyyətlərinə yiyələnməsi, elmi ünsiyyət mühitinin yaradılması, maraq sahələrinə uyğun bilik və bacarıqlara yiyələnmələri üçün mütəmadi olaraq təlim, seminarlar və dəyirmi masalar təşkil olunmuşdur. Həmçinin qeyri-hökumət gənclər təşkilatları, fiziki şəxslər layihələrin icrası zamanı Gənclər Evinin imkanlarından səmərəli istifadə edirlər.


XİDMƏTLƏRİMİZ






Gənclər evində Rəsm, Gitara, Rəqs, Şahmat dərnəkləri fəaliyyət göstərir. Dərnəklər I-VI günlər istifadəçilərin xidmətindədir.








Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.