Mingəçevir Gənclər Evi - Gənclərin Təlim və İstirahət mərkəzinin strukturu

Mingəçevir şəhər “Gənclər Evi” 16 aprel 2013-cü il tarixdə istifadəyə verilmişdir. Gənclər Evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir. “Gənclər Evi”- gənclərin qeyri-formal təhsilini, sağlamlığını, intellektual inkişafını, vətəndaşlıq tərbiyəsini, peşə yönümünü, müasir peşələrə marağını, ictimai fəallığını, eləcə də məlumatlandırılmasını, hüquqi və psixo-sosial dəstəyini, maraqlarını təmin edir. Qurumun əsas məqsədi gənclərin hərtərəfli inkişafını, asudə vaxtının effektiv təşkil edilməsi vasitəsilə tərbiyəsini istiqamətləndirməkdir. Müəssisənin ümumi sahəsi 3723 kvadratmetrdir. Müasir avadanlıqlarla təchiz olunmuş və müxtəlif tədbirlərin keçirilməsi üçün 100 nəfərlik konfrans zalı, 50 nəfərlik konsert zalı, “Vətənpərvərlik klubu”, ”Ünsiyyət klubu”, “Gənclərin intellektual klubu”, “Kompüter mərkəzi”, “Xarici dil klubu”, ”Masaüstü oyunlar klubu”, “İstedadların hazırlığı laboratoriyası”, “Qalereya”, “Gənc ailələrə dəstək mərkəzi”, “Debat otağı”, “Sosial-psixoloji xidmət-Qaynar xətt”, “Gənc texniklər mərkəzi”, “Yaşıl şəhər ekologiya dərnəyi”, “Elektron kitabxana”, “Karyera mərkəzi”, “Peşəyönümü mərkəzi”, “Teatr studiyası”, “Gənclər təşkilatlarının koordinasiya mərkəzi”, müdir və işçi otaqları, server otağı və sanitar qovşaqlar mövcuddur. Bina lazımi inventar və avadanlıqlarla təchiz edilmişdir. 2015 ci ilin fevral ayında "İşıqlı Gələcək" GİB-nin təşəbbüsü ilə mərkəzin fəaliyyətini əks etdirən Minfo.az adlı internet portalı, Gənclər evinin loqosu , musiqisi və video çarxı da hazırlanmışdır.



BİZİM KOMANDA


Mingəçevir Gənclər Evinin işçi heyyəti rəsmi olaraq təyin olunmayıb. Buna baxmayaraq 2013-cü ilin iyun ayının 1-dən “İşıqlı Gələcək” və Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi gənclər ictimai birliklərinin işçı və könüllülük prinsipi əsasında fəaliyyət göstərir.

Müdir: Kərimov Tural Adil oğlu
Mob: 070-200-77-71
email: tural-621@mail.ru
Müdir müavini: Əhmədova Şəhla Rafiq qızı
Mob: 050-715-46-47
email:
Ofis menecer: Telmanlı Firəngiz Elçin qızı
Mob: 051-422-45-85
email: firangiz.telmanli@gmail.com
GTM-hüquqşünas: Məmmədova Arifə Məmməd qızı
Mob: 055-663-43-70
email: huquqxidmeti2016@gmail.com



XİDMƏTLƏRİMİZ



Kompyuter kursu


Kursun əsas məqsədi gəncləri kompüter biliklərinin bütün fundamental əsaslarına yiyələndirməkdir. Kurslarda kompüter barəsində heç bir məlumatı olmayanlarla yanaşı, hər hansı bir sahədə ixtisaslaşmaq istəyənlər də iştirak edə bilərlər. İlkin olaraq ofis proqramlarıdır ki, bu ofis işlərində, banklarda və s. bu kimi digər işlərdə çalışmaq istəyənlər üçün bu kurs çox əhəmiyyətlidir.

İŞ QRAFİKİ
Bazar ertəsi – şənbə günləri saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir. Bazar günləri kurslar fəaliyyət göstərmir.
Cabbarova Aidə
Həşimova Fəridə




İngilis dili kursu


Kursun başlıca məqsədi qısa zamanda ingiliscə danışma, dinləmə, oxuma, yazma bacarıqlarını və zəruri qrammatika bazasını gənclərə verməkdir. Dərslər müasir və mükəmməl proqram əsasında təşkil olunur, interaktiv metodlarla keçirilir. Eyni zamanda bu kursun məqsədi Azərbaycan tarixinin və mədəniyyətinin, azərbaycançılıq məfkurəsinin müxtəlif dillərdə gənclərə təbliğ etməkdir.

İŞ QRAFİKİ
Bazar ertəsi – şənbə günləri saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir.
Baxışova Humay
Məmmədova Ülviyyə




Rus dili kursu


Kursun başlıca məqsədi rus dilində danışma, dinləmə, oxuma, yazma bacarıqlarını və zəruri qrammatika bazasını gənclərə verməkdir. Dərslər interaktiv metodlarla keçirilir. Bu proqram rus dili üzrə möhkəm baza bilikləri verir və qramatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə rus dilini təkmilləşdirməyə imkan verir.

İŞ QRAFİKİ
Bazar ertəsi – şənbə günləri saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.
Əhmədova Şəhla




Musiqi kursu


Kursun məqsədi gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaratmaq, onların musiqiyə olan marağını artırmaq və incəsənətin inkişafına dəstək olmaqdır. Sözügedən kursun tərkibinə Gitara (acoustic, classic, rock) və Pianino kursları daxildir.

İŞ QRAFİKİ
Bazar ertəsi – şənbə günləri saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.
Ələkbərova Cavahir




Rəqs kursu


Kursun məqsədi gənclərin istər milli, istərsə də xarici rəqslərə, ümumilikdə incəsənətin bu növünə marağını artırmaq, bu sahədə dərin biliklərə yiyələndirmək, eyni zamanda gənclərin fiziki sağlamlığının qeydinə qalıb qorunmasından ibarətdir.

İŞ QRAFİKİ
Bazar ertəsi – şənbə günləri saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.
Ələkbərova Cavahir




Rəsm kursu


Rəsm kursunun məqsədi gənclərin rəsmin müxtəlif janrları barədə məlumatların, sərbəst olaraq müxtəlif növ rəsm hazırlama imkanının əldə edilməsi, eləcə də, incəsənətin bu növünə olan marağının artırılması, onların asudə vaxtlarının peşəkar təlimçilər tərəfindən səmərəli təşkilini həyata keçirməkdir.

İŞ QRAFİKİ
Bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı saat 10:00-dan 16:00-dək
Çərşənbə, cümə və şənbə saat 10:00-dan 12:00-dək
Cümə və şənbə saat 15:00-dan 17:00-dək fəaliyyət göstərir.
İsayeva Nərmin




Gənclər üçün qaynar xətt xidməti


Yeniyetmə və gənclər üçün hüquqi və psixoloji xidmətin məqsədi yeniyetmə və gənclərə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri barədə ətraflı hüquqi məsləhətlər vermək, onlara hər bir halda öz hüquq və vəzifələrini müdafiə etməyi aşılamaq, həmçinin psixoloji dəstək verməkdən ibarətdir.

İŞ QRAFİKİ
Bazar ertəsi – cümə günləri saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir
Məmmədova Arifə




"Art studio"


Studionun məqsədi gənclər tərəfindən peşəkar təlimçilər vasitəsilə müxtəlif mövzularda proqramların hazırlanması, gənclərin ən müasir texnoloji avdanlıqlardan istifadə imkanının və onlar barədə lazımi məlumatların əldə edilməsidir.

İŞ QRAFİKİ
Bazar ertəsi – şənbə günləri saat 11:00-dan 17:00-dək fəaliyyət göstərir
Əlibəyli Turqut




Danişiq klubu


Klubların məqsədi rus və ingilis dillərində gənclərə xarici və yerli peşəkar təlimçilər tərəfindən interaktiv metodlarla möhkəm baza bilikləri vermək, qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə xarici dili təkmilləşdirməkdir.
Cümə və şənbə günləri 15:00-dan 17:00-dək fəaliyyət göstərir
Baxışova Humay
Süleymanov Elvin




İntellektual oyun klubu


Klubların məqsədi gənclərin peşəkar təlimçilər tərəfindən ən son elmi yeniliklərdən xəbərdar olunması, intellektual səviyyələrini, elmi biliklərini inkişaf etdirmək, müxtəlif proqramlar vasitəsilə fərqli mövzularda olan çətin və məntiqi sualların ən sadə həllini öyrənmək, həmçinin gənclərin müxtəlif elmi yarışlarda iştirakını təmin etməkdir.

İŞ QRAFİKİ
Çərşənbə və cümə günləri saat 15:00-dan 18:00-dək fəaliyyət göstərir
Mahmudov Vüsal




Debat klubu


Klubun məqsədi gənclərin asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif ictimai mövzularla bağlı müzakirələrdə iştirakını təmin etməkdir.

İŞ QRAFİKİ
Şənbə günü saat 11:00-dan 13:00-dək
Qəribov Vüsal

Mingəçevir Gənclər Evində fəaliyyət göstərən xidmətlər ödənişsiz könüllülük prinsipi əsaslnda həyata keçirilir.
Mingəçevir Gənclər Evi həftə içi 6 gün 9:00-dan 19:00-dək fəaliyyət göstərir. Bazar günləri istirahət günü olmasına baxmayaraq əksər vaxtlarda vacib seminar, təlim, treninq və s. kimi tədbirlərin təşkili üçün fəaliyyətinə davam etdirir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.