Gənclər evləri və mərkəzləri




2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında” AR Qanununun 2007-ci ildə əlavə olunmuş 5.5.-ci bəndinə uyğun olaraq “Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılmışdır”. “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.

2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında” AR Qanununun 2007-ci ildə əlavə olunmuş 5.5.-ci bəndinə uyğun olaraq “Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılmışdır”.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında Gənclər Evləri inşa olunaraq artıq gənclərin istifadəsinə verilmişdir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər planının 6.1.5.-ci yarımbəndinə uyğun olaraq “Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şirvan, Qazax, Şəki, Bərdə, Quba və Şamaxıda “Gənclər evi”nin yaradılması” nəzərdə tutulmuşdur. Tədbirlər Planına əsasən Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şirvan və Qazaxda Gənclər Evləri artıq gənclərin istifadəsinə verilmişdir. Şəki, Bərdə, Quba və Şamaxı rayonlarında Gənclər Evlərinin tikintisi davam edir və 2018-ci ilin sonunadək gənclərin istifadəsinə verilməsi planlaşdırılmışdır. Hal-hazırda “Gənclər evləri”nin sayı 37- ə çatıb.

“Gənclər evləri”nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir.

“Gənclər evləri”nin fəaliyyət istiqamətləri: qeyri-formal təhsil; sağlam həyat tərzi; gənclərin iştirakı; psixososial dəstək; peşə seçimi; informasiya-məsləhət; asudə vaxtın təşkili; könüllülük hərəkatı və digərləri.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.