Gəncə Gənclər Evi - Gənclərin Təlim və İstirahət mərkəzinin strukturu

_ 4 may 2016-cı il tarixdə istifadəyə verilən Gəncə şəhər “Gənclər evi”ndə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar yaradılıb. Burada kitabxana, kafe, mehmanxana və digər sosial xidmət sahələri də fəaliyyət göstərir. Gənclər Evi 3 girişli, 3 mərtəbə və zirzəmidən ibarətdir. Obyekt əsas binadan(Gənclər Evi), Komplekt transformator yarımstansiyası, 100 m³ -lik İçməli və yangın su anbarlarından və 100 m³ çirkab anbarından ibarətdir.

I mərtəbə
Gəncə şəhər Gənclər Evinin inzibati otaqlarından, Toxuculuq və tikiş dərnəyi, Conversation club, Ünsiyyət klubu, Gənc iqtisadçılar klubu, Gənclərin intellektual klubu, İnformasiya guşəsi, Akt zalı, Toplantı zalı, Elektron kitabxana və kitab saxlama otaqlarından ibarətdir.

II mərtəbə
Gəncə şəhər Gənclər və İdman baş idarəsinin inzibati otaqlarından , Ekologiya dərnəyi, Vətənpərvərlik klubu, Texnika və ixtiraçılar klubu, Karyera mərkəzi, Sərgi zalı, İstedadların hazırlığı labaratoriyası, Ölkəşünaslıq otağı, Peşə yönümü mərkəzi, Kompyuter qrafikası, Psixoloji reabilitasiya xidməti, Rəsm studuyası, Video studiya, Yeməkxana (işçilər üçün) və Anbar otaqlarından ibarətdir.

III mərtəbə
5 ədəd 2 nəfərlik qonaq otağından ibarət olub, kafe və terasdan ibarətdir.

Fitnes zalı, soyunub – geyinmə otağı, Tenis və bilyard otaqları, Masaüstü oyunlar və Gənclər klubundan ibarətdir.

Gənclər evinin həyətində əlavə olaraq idman avadanlıqları quraşdırılıb ki, onlardan istənilən şəxs istifadə edə bilər.














Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.