"Gəncsən? Başla!" və "MəqsədliSən?!" kitablarının imza günü keçiriləcəkdir
04 may 2019 | Suraxanı rayonu, Azərbaycan Respublikası

4 may, saat 17:00-da Suraxanı Gənclər Evi və VISION ACADEMY`nin birgə təşkilatçılığı ilə Dr. dosent Nadir Adilovun "Gəncsən? Başla!" və "MəqsədliSən?!" kitablarının imza günü keçiriləcəkdir.
Qeydiyyat linki: bit.ly/2VPmDZW
Gənclərin işgüzar inkişafına məqsədi ilə yazılmış kitablarda müəllifin şəxsən tanıdığı insanların həyatlarındakı real hadisələr yer alıb. Kitablar yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Qeyd edək ki, Nadir Adilov Azərbaycanda və xaricdə çap edilən 100-dən çox elmi məqalənin və 5 elmi əsərin müəllifidir.

Bununla yanaşı VISION ACADEMY`nin tanınmış ekspetlərinin iştirakı ilə “Uğurlu karyeraya gedən yol” Seminarı təşkil ediləcək.

Eyni zamanda gənclərin işgüzar inkişafı üzrə ingilis, rus, fransız, alman, yapon, çin, ərəb və.s xarici dilləriin öyrənilməsi, TOEFL, IELTS, SAT, YÖS, ALES, TYS, xaricdə təhsil, İT, Proqramlaşdırma və dizayn proqramları barədə geniş məlumat veriləcəkdir.

Bu seminar çərçivəsində, xaricdə təhsil almaq imkanları, ixtisas seçimi məsələlərində də gənclərlə geniş fikir mübadiləsi aparılacaqdır.

Məkan: Suraxanı Gənclər Evi
Tarix: 4 may, 17:00

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.