MİQ üzrə online sınaq imtahanı
27 yanvar, 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

27 Yanvar 2019-cu il tarixində saat 09:00-da Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərində işləmək istəyən, sertifikasiya və ya diaqnostik qiymətləndirməyə hazırlaşan müəllimlər üçün online sınaq imtahanı keçiriləcək.

Online imtahan aşağıdakı istiqamətlər üzrə keçiriləcək:

1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi
2.Riyaziyyat müəllimliyi
3.İngilis dili müəllimliyi
4.Fizika müəllimliyi
5.Kimya müəllimliyi
6.Biologiya müəllimliyi
7.Coğrafiya müəllimliyi
8.İbtidai sinif müəllimliyi

Suallar və imtahan prosesi Azərbaycan Respublikası Təhsil Nazirliyinin MİQ üzrə keçirilən imtahan standartlarına uyğun tərtib edilib. İxtisas fənni, Məntiq və Kurikulum olmaqla 60 suala cavab verəcəklər.

İmtahana qeydiyyat üçün link: https://goo.gl/forms/oQjT8elsez4GxknF3

Məlumat üçün
+994 55 752 28 56
+994 55 338 44 66

Ünvan: N. Nərimanov 22A, Mingəçevir Gənclər evi




“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.