“Gənclərin sosial dünyası” adlı layihənin icrasına başlanılacaq
14 yanvar, 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Gənclərin sosial dünyası” adlı layihənin icrasına başlanılacaq.

14 yanvar 2019-cu il tarixindən etibarən həyata keçiriləcək layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadə qaydalarının formalaşdırılmasıdır. Bunun üçün gənclərlə mözvulara uyğun təlim keçiriləcək və ekspertlərlə görüş təşkil ediləcək. Təlimlərdə məlumatların, xəbərlərin sosial mediada yerləşdirilməsi üsulları və yolları haqqında məlumatlar veriləcək. Keçirilən təlimlər, əldə olunan məlumatlar gənclərin örnək vətəndaş kimi yetişmələrində əhəmiyyətli rol oynayacaq.

Layihəyə 16-29 yaş arası ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr müraciət edə bilərlər.

Məsul şəxs: layihə rəhbəri Turqut Alibeyli

Layihəyə son müraciət tarixi: 13 yanvar 2019-cu il tarixi

Aşağıdakı linkə daxil olmaqla lazımı formanı dolduraraq layihədə iştirak edə bilərsiniz:

https://goo.gl/forms/mVu32PfykDd6bj9v1




“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.