“20 yanvar -Qan Yaddaşımız!” esse müsabiqəsi
20 yanvar, 2019 | Saatli rayonu, Azərbaycan Respublikası

Qarşıdan gələn 20 yanvar hadisələri ilə bağlı Saatlı Rayon İcra Hakimiyyəti və “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə layihəsi “20 yanvar -Qan Yaddaşımız!” esse müsabiqəsini elan edir!

Qeyd edək ki, esse müsabiqəsi yalnız məktəbli yeniyetmələr və gənclər üçün nəzərdə tutulduğundan, ümumtəhsil məktəblərindən 9-10-11 sinif şagirdlərinin iştirakı vacibdir. Müsabiqədə iştirak etmək istəyən şəxslər adı, soyadı, ata adı, oxuduğu sinif və məktəbi göstərməklə, minimum 2 səhifəlik (14 şriftlə) esse yazaraq 15.01.2019 tarixinədək Saatlı Gənclər evində yaradılmış təşkilat komitəsinə və ya saatli.gencler2018@gmail.com email ünvanına göndərə bilərlər.




“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.