"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə IX Çağırış kubokunun seçim turu
29 sentyabr, 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı 29 sentyabr 2018-ci il tarixində Mingəçevir şəhərində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə IX Çağırış kubokunun seçim turu təşkil ediləcəkdir.

Layihənin məqsədi intellektual oyunların təbliği və regionların intellektual potensialının artırılmasına xidmət edir. Seçim turları bir neçə regionda olduqdan sonra 28 oktyabr tarixində Bakıda final mərhələsi təşkil ediləcəkdir.




“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.