"CHE" Liqası start götürəcək
29 sentyabr, 2018 | Sumqayit şəhəri, Azərbaycan Respublikası

Əziz intellektuallar, DİQQƏT!

2018-ci il 29 sentyabr tarixindən etibarən Mingəçevir Gənclər Evinin dəstəyi ilə Mingəçevir İntellektual Oyunlar Klubunun "CHE" Liqası start götürəcək. MİOK-un təşkil edəcəyi sayca birinci olan Liqa öz növbəsində 2 altliqadan təşkil olunacaq: "NUR" Liqası - yüksək liqa və "KÜR" Liqası - namizədlər liqası.

"NUR" Liqasında iştirak edəcək komandalar bəllidir. Bunlar: Revolver, Panteon, Last Shot, Fenomen, Scorpion, Everest, Veni Vidi Vici və Fors Major komandalarıdır.

"KÜR" Liqası iştirakçıları isə digər komandalardan və eləcə də yeni təşkil olunacaq komandalardan ibarət olacaq.

"NUR" Liqasında mübarizə aparacaq komandalar iştirak edib etməyəcəklərini qeyd etsinlər. Ad, heyət və s. dəyişiklər qeydiyyatdan keçərkən ediləcək. Qeydiyyatdan keçmək üçün qeydiyyat linki tezliklə paylaşılacaq.

"CHE" Liqasının reqlamentini Mingəçevir İntellektual Oyunlar Klubunun rəsmi facebook qrupundan ( https://www.facebook.com/groups/1087115187965998/ ) əldə edib oxumağınız xahiş olunur.

Əziz dostlar, siz də 5 əsas 2 ehtiyat oyunçulardan ibarət komandanızı yığıb, liqaya qoşulun!




“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.