Binəqədi Gənclər Evində Sezon Finalı
01-02 sentyabr, 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Əziz gənclər!

Binəqədi Gənclər Evində sezon finalına hazırıqmı?!
1-3 sentyabr tarixlərində Binəqədi Gənclər Evində sezon finalı fırtınası baş tutacaq.

Layihənin keçirilməsində əsas məqsəd siz gənclərlə birlikdə Binəqədi Gənclər Evində heç vaxt unutmayacağınız, həm şəxsi inkişafınız, həm də asudə vaxtınızın səmərəli təşkili baxımından uğurlu bir işə imza atmaqdır.
Layihə çərçivəsində seçiləcək 25 nəfər iştirakçı 3 gün ərzində Binəqədi Gənclər Evində, sıralarımıza qoşulan bir çox gəncin təbili ilə desək gənclərin 2-ci evində müxtəlif təlimlərin, intellektual oyunların, heç bir yerdə görmədiyiniz əyləncəli proqramların iştirakçısı olmaq imkanı əldə etmiş olacaq.

Qeydiyyat üçün son tarix: 24 avqust
Bu fürsət əldən qaçmaz deyirsinizsə elə indi qeydiyyatdan keçin !




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.