Musiqili Viktorina
18 avqust, 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Əziz gənclər!

Mingəçevir Gənclər Evi asudə vaxtınızın səmərəli keçirilməsi üçün çalışır və bu məqsədlə 18 avqust 2018-ci il tarixində “Musiqili Viktorina” təşkil edir. Viktorinada xarici dildə səhnəcik, intellektual və əyləncəli formatlı oyunlar, “Talant show” və digər əyləncəli proqramlar sizləri gözləyir.
Tədbirə bütün aktiv, pozitiv və gününü maraqlı keçirmək istəyən gənclər dəvətlidir!
Vaxt: 18 avqust saat 19-00

Ünvan: N.Nərimanov 22A, Gənclər evi, Konsert zalı
Əlaqə: (+994 24) 274 28 56
E-mail: info@minfo.az




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.