“Nə?, Harada?, Nə zaman?” turniri
01 iyun , 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Əziz gənclər!

14 iyun tarixindən etibarən futbol üzrə 21-ci dünya çempionatı start götürəcək.

Nə əlaqə?

Əlaqə ondadır ki, Binəqədi Gənclər Evi olaraq gənclərin marağını nəzərə alaraq Playstation-4-də PES - Pro Evolution Soccer 2018 versiyası üzrə dünya çempionatının simulyasiyasını təşkil etmək qərarına gəldik. Turnirdə iştirak etmək üçün “Binəqədi rayon Gənclər Evi”facebook səhifəsində müvafiq postu tapmaqdan başlaya bilərsiniz.

Şərtlər çox sadədir və aşağıdakı kimidir:
• Turnirdə iştirak etmək istəyən şəxslər rəy bölməsində bu barədə istəklərini yazırlar+Əgər turnirdə oynamaq istəyəcəyini bildiyiniz dostlarınız varsa rəy bölməsində adını qeyd edirsiniz və o özü iştirakını təsdiqləməlidir.
• 07.06.2018-ci il tarixində saat 18:00-da qeydiyyat bitir və xüsusi proqramla təsadüfi yolla seçilmiş şəxslər müəyyən edilir
• Turnirdə iştirak tamamilə ödənişsizdir

Turnirdə iştirak etmək hüququ qazanacaq şəxslərin canlı olaraq təşkil ediləcək püşkatma nəticəsində hansı ölkə ilə turnirdə iştirak edəcəyi müəyyənləşdiriləcək. Püşkatma zamanı ancaq dünya çempionatında bu il iştirak edəcək komandaların adları siyahıya daxil ediləcək.

Turnirin sonunda qalibləri hədiyyələr gözləyir

Qeyd: Seçilmiş şəxslərin adları ekran görüntüsü çap edilərək ayrıca status şəklində paylaşılacaq.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.