“Nə?, Harada?, Nə zaman?” turniri
26 aprel , 2018 | Binəqədi rayonu Azərbaycan Respublikası

Əziz gənclər!

26.05.2018-ci il tarixində saat 11:00-da Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş “Nə?, Harada?, Nə zaman?” turniri keçiriləcək.

Turnir 3 mərhələdən ibarət olacaq və hər mərhələdə iştirakçılara 10 sual təqdim ediləcək. Sonda doğru cavabların sayına görə üstünlük qazanan ilk 3 komanda öz aralarında üçlüyü bölüşdürəcək. Xallar eyni olacağı tədqirdə isə mükafatçılar müəyyənləşdirilənə qədər əlavə suallar səsləndiriləcək.

Turnirdə iştirak etmək istəyən komandalardan binagadige@gmail.com e-mail ünvanına 6 nəfərlik komanda üzvlərinin siyahısını və komanda kapitanının nömrəsini göndərməsi xaiş olunur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.