“Sumqayıt Gənclər Evi” Könüllülük fəaliyyəti üzrə müsabiqə elan edir.
28 oktyabradək, 2017 | Sumqayıt şəhəri Azərbaycan Respublikası

Əziz Gənclər!!!

“Sumqayıt Gənclər Evi” Könüllülük fəaliyyəti üzrə müsabiqə elan edir.
Müsabiqənin məqsədi - gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, onların sosial fəaliyyətlərinin artırılması, bilik və yaradıcılıq potensiallarının üzə çıxarılması, könüllülük hərəkatına dəstək olmaqdır.
Könüllülər həmçinin Sumqayıt Gənclər Evində keçirilən seminar, təlim, kompyuter kursları, ingilis və rus dillərində danışıq klublarında, intelektual oyunlar, tur gəzintiləri, bayram tədbirləri, flaşmoblarda iştirak edəcəklər.
Könüllülük fəaliyyəti üzrə müsabiqədə iştirak etmək üçün yaş həddi 14-29 yaşdır. Müsabiqə 2 istiqamət üzrə keçirilir:

1. Təşkilati işlər
2. Müəllim köməkçisi

Qeyd: Müəllim köməkçisi qismində müraciət edəcək könüllülərin pedaqoji təhsilinin olması zəruridir.
Könüllülük fəaliyyətinin təşkilati işlər üzrə 3 ay, müəllim köməkçisi qismində 4 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulub. Könüllülük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə ”Könüllülük Sertifikatı” təqdim ediləcəkdir.

Müraciət etmək istəyən gənclər 28 oktyabr 2017-ci il tarixinə qədər CV-lərini genclerevi.sumgait@mail.ru elektron ünvanına göndərə və ya Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə, Gənclər Evinə təqdim edə bilərlər.
Əlaqə nömrələri: (050) 862 01 80, ( 055) 887 42 52, (018) 655 47 32.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.