“Region gənclərinin intellekt akademiyası” adlı layihə həyata keçiriləcəkdir
20 sentyabr, 2017 | Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 20 sentyabr 2017-ci il tarixindən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçiriləcək “Region gənclərinin intellekt akademiyası” adlı layihəyə start veriləcəkdir.

Layihənin əsas məqsədi - intellektual yarışlar vasitəsilə gənclərin dünyagörüşünün formalaşması, onların intellektual səviyyələrinin yüksəldilməsi və çoxsahəli mövzuların öyrənilməsindən ibarətdir. İntellektual oyunlar “Nə? Harada? Nə zaman?”, “Xəmsə”, “Breyn rinq” və digər oyun formatlarında mərhələlər üzrə təşkil olunacaqdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.