“Bələdçiyəm mən” yay düşərgəsi
18-22 avqust, 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

18-22 avqust 2017-ci il tarixlərdə Azərbaycanın ikinci ən böyük şəhəri və 2017-ci ilin MDB mədəniyyət paytaxtı Gəncə şəhərində “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi tərəfindən “Bələdçiyəm mən” onlayn turizim və bələdçilik xidməti layihəsi həyata keçiriləcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il 1-ci Qrant müsabiqəsinin qaliblərindən olmuş və QHT Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir. Sözügedən layihə çərçivəsində Azərbaycanının turizim bölgələri olan Şəki, Lənkəran, Gəncə və İsmayıllı şəhərlərindən olan ümumilikdə 14 nəfər gənc bu layihəyə cəlb olunacaqlar. Tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak edəcəklər.

Layihənin əsas məqsədi regionda yaşayan gəncləri bələdçilik işi ilə tanış edərək onlara bu sahədə bilik və bacarıqlar vermək, o cümlədən onların məşğulluğunu təmin etməkdir. Həmçinin yerli və əcnəbi turistlər üçün əlverişli sayt və sosial şəbəkələrdə səhifələr yaradılacaq, onlar Azərbaycanın bölgələrində yerləşən şəhər və rayonlarında bələdçi xidmətindən rahat və sərfəli seçim imkanı əldə edəcəklər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.