“Real həyatımızı qoruyaq” (Virtual asılılığa son) adlı seminar
15 iyul, 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sosial media, ağıllı telefonlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar xüsusən də gənclərimiz mütəmadi olaraq sosial media hesablarını yoxlayır, gündəmi qaçırmamağa çalışır və ya müəyyən oyunlarla vaxtlarını səmərəsiz keçirirlər. Bu aludəçilik o dərəcədə güclənib ki, gənclərimiz bəzən gec saatlaradək yuxusuz qalır, yuxudan ayılar-ayılmaz isə gündəmi qaçırmamaq üçün internet resurslarında virtual gəzişmələrinə davam edirlər. Nəticədə onların həm fiziki, həm də psixoloji xəstəlikləri meydana çıxır. Onlardan biri də yuxusuzluqdur. Danılmaz faktdır ki, virtual mühitdən asılılıq insanların yuxu sisteminə kifayət qədər mənfi təsir göstərir. Bu isə insanların gün ərzindəki fəaliyyətlərinə, iş qabiliyyətlərinə təsirsiz ötüşmür.

Seminarın keçirilməsində məqsəd - virtual asılılığı olan gənclərin müəyyənləşdirilməsi və uyğun metodikalardan isdifadə edərək onlarda korreksiya işinin aparılması, gəncləri ətrafdakılarla yazılı deyil şifahi ünsiyyət yaratmalarına təşviq etmək, özünüifadə edə bilmələrini sağlamaq, virtual asılılıqla həyatda naliyyətlərinin azaldıqlarını, uğurlarının keyfiyyətinin aşağı düşdüyünü onlara izah etmək və səmərəli metodlarla bu asılılığın aradan qaldırılmasına nail olmaqdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.