Saatlı “Gənclər evi”nin direktoru vəzifəsini tutmaq üçün ELAN
10 iyul, 2017 | Saatli rayonu, Azərbaycan Respublikası

Vəzifə funksiyaları

• dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirak;
• gənclər arasında sağlam həyat tərzinin təbliği, psixoloji reabilitasiya, hüquqi və informasiya yardının göstərilməsi, könüllülük fəaliyyətinin təşviq edilməsi;
• gənclər arasında hərbi vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədi ilə tədbirlərin təşkili və həyata keçirilməsində iştirak;
• gənclərin məşğuluğunun təmin edilməsi, onlara peşəyönlü təhsil seçimi istiqamətində məsləhət və təlim xidmətinin göstərilməsi;
• gənclərin yaradıcılıq fəaliyyətinin inkişafına dəstək vermək, onların ahəngdar inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işləri yerinə yetirmək;
• fəaliyyət sahəsi üzrə hesabatların və arayışların hazırlanması;
• müəssisəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması.

Vəzifənin tutulması şərtləri:

• təhsil: ali
• kompüter bilikləri: MS Office, Internet və s.
• dil bilikləri: Azərbaycan (əla), rus, ingilis (orta səviyyədə)
• iş təcrübəsi: gənclərlə iş sahəsində ən azı 2 il iş təcrübəsi
• dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər
• məntiqi düşünmə qabiliyyəti
• gənclər siyasəti haqqında anlayış

Xüsusi qabiliyyətlərə dair tələblər:

təhlil, planlaşdırma, yüksək icraetmə: gənclər evinin istiqamətinə uyğun təhhlillər aparmaq, fəaliyyət planları hazırlamaq və onların yüksək səviyyədə təşkilini təmin etmək qabiliyyəti;
vəsaitlərin idarə olunması: Ayrılmış vəsaitlərin qanunauyğun şəkildə idarə edilməsi, nəzarət və maliyyə hesabatlarının hazırlanması sahəsində qabiliyyət;
təşkilatçılıq: ona tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirə bilmək qabiliyyəti;
problem həlletmə və qərarvermə: problemlər qarşısında özünü itirməmək, problemin səbəbini, kökünü təyin etmək, məlumatlar və faktlar əsasında düzgün mühakimə yürütmək, onun həllinə obyektiv yanaşaraq həmin problemi həll etmək və düzgün qərar qəbul etmək qabiliyyəti;
şifahi və yazılı ünsiyyət: fikir, rəy və hissləri şifahi nitq, yazışmalar, hərəkətlər vasitəsilə ifadə etmək və hesabatların hazırlanması qabiliyyəti;
yaradıcılıq və təşəbbüskarlıq: məsələlərin həlli və icrası üçün yeni təkliflər vermək, fikirlər irəli sürmək, onları həyata keçirə bilmək, gündəlik işlərdən əlavə işlər görməyə təşəbbüs göstərmək qabiliyyəti

Vəzifənin tutlması üçün 2 mərhələdə müsahibə keçiriləcəkdir.

Bununla əlaqədar olaraq aşağıdakı sənədlər 10 iyul 2017-ci il tarixədək Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinə təqdim edilməlidir (Ünvan: Bakı şəhəri, Olimpiya küçəsi 4. Telefon 4656273)

. ərizə
· şəxsiyyəti təsdiq edən sənədin surəti
· kadrlar uçotunun şəxsi vərəqəsi
· ali təhsil haqqında sənədin surəti
· əmək kitabçasının surəti
· sağlamlıq haqqında arayış
· rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

Qeydlər:

· Şəxsiyyəti təsdiq edən sənədin surəti notarial qaydada, ali təhsil haqqında sənədin surəti notarial qaydada, əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
· 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
· Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
· Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.
· Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əks etdirməlidir.
· Namizədlər sənədlərini nəzərdə tutulmuş müddət daxilində poçt vasitəsi ilə də göndərə bilərlər.

Müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatlar www.genclerevi.az internet saytında yerləşdiriləcəkdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.