Sumqayıt şəhər Gənclər Evi Könüllülük fəaliyyəti üzrə müsabiqə elan edir
26 iyun, 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Müsabiqənin keçirilməsində məqsəd - gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, onların sosial fəaliyyətlərinin daha da artırılması, bilik və bacarıqlarının üzə çıxarılmasıdır.

Könüllülər həmçinin Sumqayıt şəhər Gənclər Evində keçirilən seminarlar, təlimlər, ingilis və rus dillərində danışıq klublarında, intelektual oyunlar, tur gəzintiləri, bayram tədbirləri, flaşmoblarda iştirak edəcəklər.

Könüllülük fəaliyyəti üzrə müsabiqədə iştirak etmək üçün yaş həddi 14-29 yaşdır.

Müsabiqə 3 istiqamət üzrə keçirilir:
1. Təşkilati işlər;
2. Müəllim köməkçisi;
3. Fotoqrafiya sənəti.

Qeyd: Müəllim köməkçisi qismində müraciət edəcək könüllülərin pedaqoji təhsilinin olması zəruridir. Könüllülük fəaliyyətinin təşkilati işlər və fotoqrafiya sənəti üzrə 3 ay, müəllim köməkçisi qismində 4 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fəaliyyətin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə ”Könüllülük Sertifikatı” təqdim ediləcəkdir. Müraciət etmək istəyən gənclər 26 iyun 2017-ci il tarixinə qədər CV-lərini genclerevi.sumgait@mail.ru elektron ünvanına göndərə və ya Sumqayıt şəhər Gənclər Evinə təqdim edə bilərlər.

Əlaqə nömrələri: (050) 862 01 80, ( 055) 887 42 52, (018) 655 5 47 32


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.