“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimləri davam edir
15-16 may, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Mingəçevir şəhər Gənclər Evində keçirilən “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimləri davam edir. 15 may 2017-ci il tarixdə Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Turizm Kollecinin tələbələrinin iştirakı ilə keçiriləcək təlimdə "Bir məhsul və ya xidmət, mal qrupu üçün maya dəyərinin hesablanması" mövzusunda müzakirələr aparılacaqdır. Fasilədən sonra təlim "Kompleks maya dəyərinin hesablanması" və "Zəruri ilkin kapital" mövzularında davam edəcəkdir. 16 may tarixdə gənclər üçün "Biznesin hüquqi formaları və hüquqi məsuliyyətləri" mövzusunda təlim keçiriləcəkdir. Daha sonra Biznes Planlar təqdim olunacaqdır.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.