“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin 1-ci hissəsinin yekunu
8 may, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Mingəçevir şəhər Gənclər Evində keçirilən “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimləri davam edir. Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbələrinin iştirakı ilə keçirilən təlimdə "Biznesin hüquqi formaları və hüquqi məsuliyyətlər" mövzusunda müzakirələr aparılacaqdır. Daha sonra Biznes Planların təqdimatı keçiriləcəkdir.

Qeyd edək ki, təlimlər 2017-ci ilin may ayından başlayaraq Mingəçevir şəhər Gənclər Evində keçiriləcəkdir. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi - sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi, onlar arasında hüquqi maarifləndirmə və sahibkarlıq fəaliyyətinə maraq yaratmaqdan ibarətdir.

Ölkəmizin gələcəyi olan gənclərin sahibkarlıq fəaliyyətinə və onların uğurlu karyera qurmasına yardımçı olmaq üçün maarifləndirmə işlərini gücləndirmək vacib məslələrdən biridir.

Mingəçevir şəhərindən və burada təhsil alan digər regionlardan olan gənclər sözügedən layihədən faydalanacaqlar. Onlar təhsil ocaqları, yerli ictimai təsisatlar və digər vasitələrlə layihə çərçivəsində təşkil ediləcək tədbirlərə yaxından cəlb olunacaqlar.

Sahibkarlıq fəaliyyətinə həsr olunmuş təlimlərin keçirilməsi region gənclərinin məşğulluğunun artırılmasına, onların işinin "Sahibkarlıq Məktəbi” vasitəsilə digər regionlarda da davam etdirilməsinə, gənclər arasında işsizliyin azaldılmasına yardımçı olacaqdır.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.