31 Mart - Azərbaycanlıların Soyqırımı günü”-nə həsr olunmuş anım tədbiri
29 mart, 2017 | Sabunçu rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə 29 mart 2017-ci il tarixdə Sabunçu rayon Gənclər Evində “31 Mart - Azərbaycanlıların Soyqırımı günü”-nə həsr olunmuş anım tədbiri keçiriləcəkdir.

Anım mərasimi əvvəlcə Azərbaycanlıların Soyqırımına həsr olunmuş filmin nümayişi ilə başlayacaqdır. Filmdə Ermənilərin Azərbaycan xalqına amansızlıqla divan tutması, günahsız insanların soyqırım nəticəsində öldürülməsi ön planda qeyd edilir. Daha sonra soyqırım zamanı kimsəsiz, əliyalın insanlara qarşı törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün maarifləndirmə işlərinin aparılmasının zəruriliyi, son illər bu istiqamətdə görülmüş işlər və qarşıda duran əsas məsələlərlə bağlı qonaqların çıxışları nəzərdə tutulmuşdur.

Tədbirdə qonaq qismində Milli Məclisin deputatı Şahin İsmayılov, Virtual Qarabağ İKT Mərkəzinin direktoru Nurəddin Mehdiyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov, bir sıra gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edəcəklər.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.