“9 noyabr – Dövlət bayrağı günü”nə həsr olunmuş “Mənim bayrağım” adlı şeir və rəsm müsabiqəsi
04 noyabr, 2016 | Qaradağ rayonu, Azərbaycan Respublikası

Müsabiqədə Qaradağ rayon məktəblərinin şagirdləri iştirak edirlər. Müsabiqə ibtidai, orta və yuxarı sinif şagirdləri arasında keçirilir. Rəsm işləri A-3 formatında təqdim olunur. Hər iki müsabiqə üzrə I, II, III yerləri tutmuş iştirakçılar haqqında məlumatlar, həmin müsabiqənin Bakı şəhəri mərhələsində iştirak etmək üçün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektoruna, rəsm işləri isə Abşeron Rəsm Qalareyasına göndəriləcəkdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.