“Psixoloji komplekslərdən qorunaq!”
11 mart, 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə 11 mart 2017-cı il tarixdə Sumqayıt şəhər Gənclər Evində “Psixologiyamıza təsir göstərən komplekslərin vərdişə çevrilməsinin qarşısını necə almalı?” mövzusunda təlim təşkil olunacaqdır. Təlimdə Sumqayıt şəhərinin müxtəlif sahələrini təmsil edən gənclərin iştirakı nəzərdə tutulur və “vərdiş psixologiyası, vərdişlərimizə necə nəzarət edək?” mövzuları ilə bağlı gənclərə ətraflı məlumatlar veriləcəkdir. Təlim Xəzər Universitetinin Psixologiya ixtisası uzrə məzunu, MZ production AzTv(MAG)-da aparıcı olmuş, hal-hazırda psixologiyada müxtəlif sahələr üzrə ən son yenilikləri izləyən, 321 Post psixologiya haqqında videobloq layihəsinin yaradıcısı, 3 illik psixoloq təcrübəsi olan Leyla Qasımova tərəfindən təqdim ediləcəkdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.