“İslam Həmrəyliyi İli”nə həsr olunmuş “İslam həmrəyliyi, birlik, tərəqqi” mövzusunda dəyirmi masa
17 fevral, 2017 | Qaradağ rayonu, Azərbaycan Respublikası

17 fevral 2017-ci il tarixdə Qaradağ rayon Gənclər Evində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “İslam həmrəyliyi, birlik, tərəqqi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin sədri Niyazi Eyvazov, YAP Qaradağ rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusupov və rayon fəalları iştirak etmişdirlər.

Tədbirdə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov və YAP Qaradağ rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusupov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli”nin elan edilməsinin mahiyyətini və məqsədlərini gənclərin nəzərinə çatdırmışdırlar.

Gənclər adından çıxış edən rayonun fəal gənci Nübar Abbaslı rayon gənclərini 12-22 may 2017-ci tarixlərdə ölkəmizdə keçiriləcək “İslam Həmrəyliyi Oyunları”nda könüllü kimi iştirak etməyə səsləmişdir.

Tədbirin sonunda təqvim ili ilə bağlı tədbirlər planının hazırlanması təklif olunmuşdur.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.