Sumqayıt şəhər Gənclər Evi Könüllülük fəaliyyəti üzrə müsabiqə elan edir
18 fevral, 2017 | Suumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər Evi Könüllülük fəaliyyəti üzrə müsabiqə elan edir. Müsabiqənin keçirilməsində məqsəd - şəhərin müxtəlif sahələrini təmsil edən gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, onların sosial fəaliyyətlərinin artırılması, həmçinin bilik və bacarıqlarının üzə çıxarılmasıdır. Könüllülər həmçinin şəhər Gənclər Evində keçirilən seminarlar, təlimlər, ingilis və rus dillərində danışıq klubları, intellektual oyunlar, tur gəzintiləri, əlamətdar günlərə həsr olunmuş bayram tədbirlərində, flaşmoblarda iştirak edəcəklər.

Könüllülük fəaliyyəti üzrə müsabiqədə iştirak etmək üçün yaş həddi 18 - 25 yaşdır.

Müsabiqənin iki istiqamət üzrə keçirilməsi nəzərdə tutulmuşdur:
1. Təşkilati işlər;
2. Müəllim köməkçisi.

Qeyd: Müəllim köməkçisi qismində müraciət edəcək könüllülərin pedaqoji təhsilinin olması zəruridir.

Könüllülük fəaliyyətinin təşkilati işlər üzrə 3 ay, müəllim köməkçisi qismində 4 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fəaliyyətin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə ”Könüllülük Sertifikatı” təqdim ediləcəkdir.

Müraciət etmək istəyən gənclər 18 fevral 2017-ci il tarixinə qədər CV-lərini genclerevi.sumgait@mail.ru elektron ünvanına göndərə və ya Sumqayıt şəhər Gənclər Evinə təqdim edə bilərlər.

Əlaqə nömrələri: (050) 862 01 80, ( 055) 887 42 52, (018) 65 5 47 32


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.