"Musiqimizin yeni simaları" adlı layihə
12-13 yanvar, 2017 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Musiqimizin yeni simaları" adlı layihə həyata keçiriləcəkdir.

Layihə rəhbəri Sevda Davidovanın verdiyi məlumata görə, sözügedən layihə iki hissədən ibarət olmuşdur. Layihə çərçivəsində ilk olaraq musiqi sahəsində ilk addımlarını atan gənc bəstəkar və ifaçıların əsərlərindən ibarət CD albom hazırlanmışdır. Layihənin ikinci mərhələsində isə yeniyetmə və gənclərə Azərbaycanın musiqi sənəti haqqında təlim və seminarların keçirilməsi nəzərdə tutulur.

Təlimlər Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 12-13 yanvar 2017-ci il tarixlərdə rayon Gənclər Evində keçiriləcəkdir. Təlimlərdə Suraxanı rayon orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı nəzərdə tutulur.

Layihənin keçirilməsində məqsəd - gənclər arasında musiqi sənətinə marağın daha da artırılması, istedadlı gənc musiqiçilərin ictimaiyyətə təqdim olunmasıdır.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.