Müasirlikdə Peyzaj təsvirləri mövzsunda rəsm sərgisi
21 yanvar, 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və Rəsm Qalereyasının təşkilati dəstəyi ilə 21 yanvar 2017-cı il tarixdə Sumqayıt şəhər Gənclər Evində yeniyetmə və gənclərin əl işlərindən ibarət “Müasirlikdə Peyzaj təsvirləri” mövzsunda rəsm sərgisi təşkil ediləcəkdir. Layihənin məqsədi - gənc nəsil arasında Azərbaycan mədəniyyətinə şərəf gətirən peyzaj sənətini inkişaf etdirmək, tariximizlə bu günümüz, mədəniyyətlə təbiət arasında əlaqənin çalarlarının gənclər tərəfindən mənimsənilməsinə nail olmaq, fiziki planlar içərisində yer alan mədəni və təbii dəyərlərmizin qorunması və davamlılığının təmin edilməsi, yeniyetmə və gənclərimizin bu yöndə bilik və bacarığını artırmaq, onları bu sahəyə motivasiya etməkdir. Sərgidə 35-ə yaxın əl işlərinin nümayiş olunacağı gözlənilir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.