"Sağlam Düşüncə" Gənclər Təşkilatının 2016-cı ilin yekun hesabat tədbiri
23 dekabr, 2016 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Sağlam Yaşa!” sağlam həyat tərzi kampaniyası adlı layihənin yekun tədbiri keçiriləcəkdir. Layihə çərçivəsində yekun tədbir 23 dekabr 2016-cı il tarixdə saat 15:00-da Sumqayıt şəhər Gənclər Evində təşkil ediləcəkdir. Bağlanış tədbirində layihə çərçivəsində həyata keçirilmiş “Sumqayıt Məktəbliərinin Debat Natiqlik Turniri, Payız 2016”-nın final oyunu və layihə iştirakçılarının mükafatlandırılma mərasimi təşkil ediləcəkdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.