31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı rəsm sərgi-müsabiqəsi
23 dekabr, 2016 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə 23 dekabr 2016-cı il tarixdə şəhər Gənclər Evində yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsm sərgi-müsabiqəsi keçiriləcəkdir. Rəsm müsabiqəsində Gənclər Evinin “ArtStudia” rəsm dərnəyinin üzvləri, habelə şəhərin müxtəlif sahələrini təmsil edən yeniyetmə və gənclər iştirak edəcəklər. Sərgidə nümayiş olunacaq əsərlər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına həsr ediləcəkdir. Ümumumilikdə sərgi müsabiqəsinə 40 əl işinin çıxarılması planlaşdırılır. Müsabiqə xarakterli olacaq sərginin sonunda I, II, III yerlər olmaqla qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim ediləcəkdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.