“Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında maarifləndirici xarakterli görüş
16 dekabr, 2016 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın 2016-cı il üçün nəzərdə tutulmuş Tədbirlər Planına əsasən şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə istiqamətində “Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında maarifləndirici xarakterli görüş keçiriləcəkdir. Görüşdə şəhərin ali, orta ixtisas təhsil müəssisələrinin tələbə - gənclərinin, həmçinin şəhər Polis İdarəsinin və Sumqayıt Rayonlararası Narkoloji Dispanserin əməkdaşlarının da iştirakı nəzərdə tutulur.

Tədbirdə tələbə - gənclərə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində görülən işlər barədə məlumatlar veriləcəkdir. Həmçinin görüş zamanı iştirakçılara Baş İdarə tərəfindən hazırlanmış narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı film nümayiş etidiriləcək, maarifləndirici xarakterli bukletlər paylanılacaqdır.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.