”QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”
11 noyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurasının birgə əməkdaşlığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi çərçivəsində “Gənclər Təşkilatlarının Beynəlxalq Təmsilçiliyi və Gənclər Mübadiləsi” mövzusunda panel sessiyası keçiriləcəkdir.

“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsinin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, Avropa Gənclər Fondu, “Erasmus+” proqramı, Avropa Gənclər Forumu və digər beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, beynəlxalq layihələrin həyata keçirilməsi üçün Avropa Gənclər Fondunun qrant müsabiqələrinə müraciət qaydalarının öyrədilməsi, BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığa dair ətraflı məlumatın verilməsidir.

Panel sessiyasında Gəncə şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin rəsmi nümayəndələri, yerli ekspertlərin, eləcə də Gəncə şəhərinin fəal gənclərinin iştirakı ilə 150 nəfərin iştirakı planlaşdırılır. Tədbir zamanı layihə haqqında iştirakçılara ümumi məlumat verilməsi, 25-27 noyabr 2016-cı il tarixlərdə Bakı şəhərində həyata keçiriləcək “İctimai vəkillik və lobbiçilik”, “Avropa Fondları vasitəsi ilə Fandreyzinq” , “Davamlı İnkişaf Məqsədləri və Gənclər Təşkilatlarının BMT-də rolu” adlı təlimlərin mövzuları ətarfında müzakirələr aparılması, qonaqların mövzu ilə bağlı olaraq öz təcrübələrini bölüşmələri və gəncləri maraqlandıran suallara cavab vermələri nəzərdə tutulub.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.