İngilis və rus dilləri üzrə danışıq klubu
16 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

16 dekabr 2016-cı il tarixdə Mingəçevir şəhər Gənclər evində İngilis dili üzrə danışıq klubu keçiriləcəkdir. Danışıq klubunda gənclər fiziki və əqli qüsurlu şəxslərlə rəftar qaydaları, onların da cəmiyyətdə olan rolundan danışacaqlar.

Həmçinin 16 dekabrda Mingəçevir şəhər Gənclər Evində Rus dili üzrə danışıq klubunun keçirilməsi də nəzərdə tutulur. Danışıq klubunda gənclər Azərbaycanın milli yeməklərindən, eləcə də, hər bir regionun özünə xas olan mətbəxindən söhbət açacaqlar.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.