"Azərbaycan İdmanı Fotolarda" adlı layihə
29 noyabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan İdmanı Fotolarda" layihəsinin icrasına başlanılacaqdır.

Layihə rəhbəri İnqilab Mansurovun verdiyi məlumata görə, layihənin keçirilməsində məqsəd - gənclər arasında idmana marağın daha da artırılması, Azərbaycanda idman həyatının, idmanda əldə olunan uğurların təbliği və gənclərə çatdırılmasıdır. Həmçinin, layihənin icrası 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq çərçivəsində təbliğat xarakteri daşıyır.

"Azərbaycan İdmanı Fotolarda" layihəsi çərçivəsində 29 noyabr 2016-cı il tarixdə Suraxanı rayon Gənclər Evində foto-sərgi keçiriləcəkdir. Sərgidə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, həmçinin Bakıda keçirilən I Avropa Oyunlarında əldə etdikləri uğurları əks etdirən fotolar təqdim olunacaqdır.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.