Milli mənəvi dəyərlərimiz sabahımızın xilası deməkdir!” mövzusunda maarifləndirici tədbir
30 noyabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Suraxanı rayon Gənclər və İdman İdarəsi və Bülbülə Mədəniyyət Evinin birgə təşkilatçılğı ilə “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı, 1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günü münasibətilə gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində ”Milli mənəvi dəyərlərimiz sabahımızın xilası deməkdir!” mövzusunda maarifləndirici tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbir 30 noyabr 2016-cı il tarixdə Suraxanı rayon Gənclər Evində rayon yeniyetmə və gənclərinin iştirakı ilə həyata keçiriləcəkdir. Tədbirə Suraxanı rayon Polis İdarəsindən və mövzu ilə əlaqədar ixtisaslaşmış səhiyyə müəssisələrindən həkimlər dəvət olunacaqdır.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.