Rəsm, toxuculuq, milli rəqs, xalçaçılıq, şahmat, kompyuter, səsyazma, psixologiya üzrə “Master class” dərsləri
24-25 noyabr, 2016 | Qaradağ rayonu, Azərbaycan Respublikası

24-25 noyabr 2016-cı il tarixlərdə Qaradağ rayon Gənclər Evində rəsm, toxuculuq, milli rəqs, xalçaçılıq, şahmat, kompyuter, səsyazma, psixologiya üzrə “Master class” dərsləri keçiriləcəkdir.

Dərslər ixtisaslı müəllimlər tərəfindən keçirilir və dərslərdə rayonun yeniyetmə və gəncləri iştirak edirlər.

Tədbirin keçirilməsində əsas məqsəd Sahil qəsəbəsində yerləşən Gənclər Evinin imkanlarını nümayiş etdirməklə bu müəssisəyə daha çox gəncləri cəlb etməkdən ibarətdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.