”Mənim qısametrajlı filmim”
03-06 noyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, ZƏKA Youth TV-nin tərəfdaşlığı ilə Gəncə Avropa Gənclər Paytaxtı 2016 çərçivəsində icra olunacaqdır.

Layihənin məqsədi - kino sənətinin inkişafında xüsusi rol oynayan operator sənətinin gənclər arasında təbliği və bu sahədə gənc kadrların potensialının artırılmasıdır.

Layihə çərçivəsində Gəncə şəhərində 20 nəfər həvəskar gənc təlimlər vasitəsilə operatorluq və kinorejissorluq sahəsində biliklərə yiyələnəcəklər. Təlimlər 2 günü nəzəri 2 günü praktiki olmaqla 4 gün davam edəcəkdir. Təlimlər yekunlaşdıqdan sonra layihəyə cəlb olunmuş gənclər hər birində 10 nəfər olmaqla 2 komandaya ayrılacaqlar və komandalar öyrəndikləri bilikləri tətbiq etmək üçün qısametrajlı film və yaxud video-çarxlar çəkəcəklər. Layihənin yekunu olaraq ərsəyə gəlmiş videolar ictiamiyyətə youtube kanalı və sosial şəbəkələr vasitəsilə çatdırılacaq, eyni zamanda layihə iştirakçıları sertifikatla təltif olunacaqlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.