Debatçıların skautlarla görüşü
19 noyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin dəstəyi, şəhər Regional Debat Mərkəzi və Gənclər Evinin təşkilatçılığı ilə şəhər Gənclər Evində Mingəçevir Regional Debat Mərkəzinin debatçıları ilə Azərbaycan Skautlar Assosiasiyasının Şəki Skautlar Dəstəsi arasında görüş keçiriləcəkdir.

Tədbirin açılışında Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadiqzadə çıxış edəcək və Şəki Skaut Dəstəsinin rəhbəri Aygün Məmmədli tərəfindən Azərbaycan Skautlar Assosiyasının tarixi, gördüyü işlər və əsas məqsədləri haqqında məlumat veriləcəkdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.