“Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar”
23-24 noyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti”nin təşkilatçılığı, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin tərəfdaşlığı ilə “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda forum keçiriləcəkdir.

Forumun təşkilində məqsəd - ölkəmizin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmiş multikulturalizmin Azərbaycan modelinin təbliği, Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılmış və saxtalaşdırılmış tarixi-arxeoloji abidələr, Qarabağın tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyəti arasında yayılması, həmçinin Avropa mediası ilə əməkdaşlığın qurulması və Avropa elmi gəncliyi vasitəsilə təbliğat işinin daha da genişləndirilməsidir.

Forumun açılış mərasimi 22 noyabr tarixində Bakı şəhərində keçiriləcəkdir. Tədbir işini 23-24 noyabr tarixlərdə Gəncə şəhərində davam etdirəcəkdir. Gəncə şəhərində davam edəcək forumda Avropanın gənc alimlərinin və media təmsilçilərinin iştirakı ilə multikulturalizmin Azərbaycan modeli barədə diskussiyalar təşkil ediləcək, onlar arasında ölkəmizin tarixi Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində dağıdılmış abidələrin problemi ilə bağlı birgə elmi məqalələrin hazırlanması, Avropada çap edilməsi və digər məsələlər müzakirə ediləcəkdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.